Şəki RMİ Qax rayonu Qum kənd Sənətkarlıq evi və kitabxanasının işçiləri “Şəhidim, sabahım sənə borcludur!” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Kamran Şabanovun ailəsini və məzarını ziyarət ediblər.

***

Gəncə RMİ Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət evində “Qələbəmiz tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Çıxış edənlər şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq onlarla bağlı xatirələrini bölüşüblər.

***

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin kollektivi Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində şəhidlərin xatirəsinə inşa olunan abidə bulaq kompleksinin açılış mərasimində iştirak ediblər.

***

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid baş leytenant Fuad Bağırovun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıblar.

***

Kürdəmir RMİ Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə “Əsrlərin yaddaşına həkk olan Azərbaycan” adlı tədbir keçirilib. Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə bildirilib ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması zamanı öz qanları ilə tarix yazan oğullarımız Vətənin müqəddəsliyini bir daha sübut etdilər.

N.Məmmədli