İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bunu news.ru saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin böyük turizm potensialı var. Artıq bir neçə yerdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparılır: “Bundan əlavə, biz başqa ölkələrdən investorları cəlb etmək üçün investisiya şəraiti yaradırıq. Ancaq başa düşmək lazımdır ki, müharibə bir müddət əvvəl başa çatıb və o ərazilərdə hələ də minalardan təmizləmə prosesi gedir.

Biz vətəndaşların tam təhlükəsizliyini təmin etmək üçün bir sıra dövlət qurumları ilə işləyirik. Bu ilin sonuna kimi Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm infrastrukturunu istifadəyə verməyi planlaşdırırıq. Orada su anbarı var və onun ətrafında turizm zonası yaradılır...”.

N.Məmmədli