Rusiyada yaşayan tanınmış estrada müğənnisi, Azərbaycanın Xalq artisti Sərxan Sərxan bu il 70 yaşını qeyd edir.

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində müğənninin yubiley konserti keçiriləcək.

Xalq artisti açıqlamasında musiqi gecəsinə böyük həvəslə hazırlaşdığını bildirdi. Dedi ki, proqramda həm yeni, həm də uzun illərdir hitə çevrilmiş mahnıları səsləndirəcək. Musiqisevərləri fərqli bir proqram gözləyir.

Hazırda yubiley gecəsinin ssenarisi üzərində iş aparılır. Konsertdə tanınmış milli və estrada ifaçıları Xalq artisti ilə duet ortağı olaraq eyni səhnəni bölüşəcəklər.

Qeyd edək ki, 18 iyun 1952-ci ildə Bakıda anadan Olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.

1991-ci ildən Moskvada yaşayan müğənni Vətənini unutmur və hər il bakılı musiqisevərlərin görüşünə gəlir.

Lalə