Qazax rejissor Dərejan Əmirbayevin “Akın” (“Aşıq”) filmi bu günlərdə Portuqaliyada başa çatmış “Lisbon & Sintra Film Festival – 2022 (LEFFEST)” kino festivalında əsas mükafata layiq görülüb.

Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin sifarişi ilə lentə alınmış filmdə texnoloji inkişaf əsrində maraqsız və gərəksiz olmaqdan qorxan aşığın taleyindən bəhs edilir. Filmin ssenarisi alman ədibi German Hessenin “Müəllif gecəsi” hekayəsinin motivləri əsasında yazılıb, çəkilişlər isə Almatıda, Almatı vilayətində və Atırauda aparılıb. Baş rolda tanınmış müğənni-ifaçı Ərdos Kanayev çəkilib.  

Xatırladaq ki, filmin dünya premyerası 2021-ci ildə Tokio kinofestivalında baş tutub. Həmin müsabiqədə “Akın” ən yaxşı rejissor işinə görə mükafatlandırılıb. Bu ilin əvvəlində “Akın” 72-ci “Berlinale”də müsabiqədənkənar proqramında göstərilmiş, Braziliyada keçirilən “Olhar de Cinema” festivalında “Ən yaxşı film” seçilmişdi.

Gülcahan