Elmi-ifaçılıq konfransı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı VII elmi-ifaçılıq konfransı keçirilib.

İdarədən bildirilib ki, konfransda Fikrət Əmirovun yaradıcılığının müxtəlif sahələri – vokal, kamera, instrumental, simfonik musiqiləri, səhnə əsərləri ilə bağlı musiqişünaslar tərəfindən məruzələr edilib və videoslaydlar təqdim olunub, həmçinin bəstəkarın əsrarəngiz musiqiləri səsləndirilib.

Qeyd edək ki, 2016-cı ildən ənənəvi olaraq keçirilən “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” konfransları müəllimlərin potensialının üzə çıxarılması, şagirdlərin elmə marağını formalaşdırmaq və elmi ədəbiyyatla işləmək bacarıqlarını inkişaf etdirmək, həmçinin məktəblərarası yaradıcılıq mübadilələrinin yaradılmasında əhəmiyyət kəsb edir.