Sabirabad RMİ Şirvan Şəhər Mədəniyyət Mərkəzinin Folklor evində “Şirbalanın məhəbbəti” adlı musiqili komediya səhnələşdirilib.

Təqdimat böyük anşlaqla keçib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın təqdimatından sonra idarə rəisi Fərid Qurbanzadə gənc və həvəskar aktyor heyəti ilə görüşüb, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Tamaşada rol alan gənc və həvəskar aktyorlar Şirvan Şəhər Mədəniyyət Mərkəzinin fəxri fərmanları ilə təltif olunub.

Qeyd edək ki, şair və dramaturq Rüfət Əhmədzadənin “Sonuncu məhəbbət” komediyasının motivləri əsasında 1991-ci ildə “Şirbalanın məhəbbəti” adlı tammetrajlı filmi (quruluşçu rejissor Cəmil Quliyev) lentə alınıb.

Nurəddin