Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilir.

Baş idarədən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsidir.

Müsabiqədə paytaxt üzrə mədəniyyət evləri və klubların 30 bədii özfəaliyyət kollektivi (xalq çalğı alətləri, rəqs kollektivləri, muğam üçlüyü və vokal-estrada üzrə) iştirak edir.

Müsabiqəyə yekun vurulduqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.