Dövlət Tərcümə Mərkəzi tərəfindən dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “İspanca-Azərbaycanca danışıq kitabçası”nı nəşr edilib.

Mərkəzdən bildirilib ki, kitabçaya daxil edilən söz və ifadələr “İlk söhbət”, “Emosiyaların ifadəsi”, “Səyahət”, “Yaşayış xidmətləri”, “İcarə”, “Avtomobil”, “Ailə”, “Diplomatik korpus”, “Rənglər”, “Elan lövhəsi və yazılar”, “Bayram günləri”, “Anım günü”, “Matəm günü”, “Soyqırımı günləri” və digər fəsillər üzrə təqdim olunub

Lüğətin tərtibçisi ispan dili mütəxəssisi Aysel Əliyeva, ispan dili üzrə redaktoru Salvador dilçi-alimi, professor Sesar Edgardo Martines Flores, Azərbaycan dili üzrə redaktorları Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

Nəşr İspaniya, eləcə də ispandilli ölkələrdən Azərbaycana işgüzar və turist səfərlərinə gələnlər, eləcə də ispan dilinin şifahi ünsiyyətdə istifadəsi üçün nəzərdə tutulub.