Noyabrın 29-da Bakı Avrasiya Universitetində yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə görüş keçirilib.

Əsasən Filologiya fakültəsindən tələbə və müəllimlərin iştirak etdiyi tədbiri fakültənin baş müəllimi Çiçək Hüseynova açıb və yazıçı haqqında məlumat verib.

Müəllif-tələbə dialoqu üzərində qurulan görüşdə Elçin Hüseynbəyli öz həyat-yaradıcılığından, gələcək planlarından danışıb, Azərbaycan ədəbi mühiti, onun dünya ədəbi cameəsində yeri, perspektivləri barədə sualları cavablandırıb.

Görüşdə iştirak edən gənc şairə Gülnar Ümid öz şeirlərini söyləyib.

Sonda universitet adından E.Hüseynbəyliyə təşəkkürnamə təqdim edilib və xatirə şəkilləri çəkdirilib.