Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Özbəkistanda keçirilən “MDB ölkələrində Avrasiya mədəni irsi” mövzusunda beynəlxalq konfransda ölkəmizi təmsil edir.

Qoruqdan məlumat verilib ki, konfrans çərçivəsində V.İsayev “Qobustan qoruq-muzeyinin fəaliyyətində müasir tendensiyalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Qobustan mədəniyyəti haqqında məlumat verilib, burada yaradılan muzeyin fəaliyyəti və tətbiq olunan innovativ vasitələrdən söz açılıb.

Qeyd edək ki, 8 ölkədən 50-dən çox nümayəndənin qatıldığı konfrans dekabrın 3-də başa çatacaq.