Şəki RMİ Zaqatala Rayon Mərkəzi Kitabxanasının oxu zalında görkəmli maarif mətbuat xadimi, publisist Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illik yubileyinə həsr olunmuş “Mübariz publisistin ömür yolu” adlı tədbir keçirilib. Mərkəzi Kitabxananın və Zaqatala Rayon Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət işçiləri, kitabxananın oxucuları iştirak ediblər.

Kitabxananın əməkdaşları Məmləkət Ömərova “Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası”, Şəbnəm Mustafayeva “Molla Nəsrəddin” jurnalı və Nemanzadə ideyaları”, qoruğun əməkdaşı Səbuhi Bayramov isə “Ömər Faiq Nemanzadə: görkəmli şəxsiyyət, mübariz jurnalist və tanınmış ictimai xadim” mövzularında məruzələrlə çıxış ediblər.

Nurəddin