Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin (1897-1988) 125 illiyi qeyd olunub.

Baş idarədən bildirilib ki, tədbirdə Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Çıxışlarda aktyorun yaratdığı obrazlar qalereyasından söz açılıb. Qeyd olunub ki, geniş yaradıcılıq diapazonuna malik sənətkar Azərbaycanın mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun Akademik Dram Teatrının səhnəsində, filmlərdə, televiziya tamaşalarında canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış sənət nümunələridir.

Tədbirdə  müğənnilərin, rəqs qruplarının ifaları və tələbə aktyorların çıxışları maraqla qarşılanıb.