Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq prezidenti Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev noyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, xanım Vayra Vike-Freyberqa Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə təltif edilib.

Qeyd edək ki, Vayra Vike-Freyberqa 2012-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. Dekabrın 1-də onun 85 yaşı tamam olub.