Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinə yekun vurulub.

Müsabiqənin məqsədi Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın baş tacı Şuşa şəhərinin zəngin mədəni irsinin təbliğinə, həmçinin bu irsi özündə təcəssüm etdirən yeni heykəltəraşlıq nümunələrinin ərsəyə gətirilməsinə dəstək olmaqdır.

Müsabiqəyə ölkəmizin rəssam-heykəltəraşları tərəfindən 47 əsər təqdim olunub. İşlər  Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən dəyərləndirilib.

Komissiya tərəfindən 1-ci, 2-ci, 3-cü yerlər qaliblər və həvəsləndirici mükafat sahibləri  seçilib.

 

1-ci yer (2 nəfər)

Əhmədov Xanlar – “Xan Şuşinski”

Əhmədov Zakir – “Zəfər Yolu”

 

2-ci yer (2 nəfər)

Rzayev Zamik - “Qayıdış”

Nəbiyeva Gülarə - “Azadlıq qanadları”

 

3-cü yer (1 nəfər)

Məmmədov Fərid – “Bizim zaman”

 

Həvəsləndirici mükafat (10 nəfər)

Qaryağdı Cəlil – “Natəvan”

Hüseynov Namiq – “Yaddaş”

Heydərov Müşfiq – “Xarıbülbül”

Heydərov Müşfiq – “Xanəndə”

Hüseynov Ramiz, Əhmədov Xanlar  –  “Pənahəli xan”

Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”

Rüstəmov Süleyman – “Quruluş. Pənahəli xan”

Xəlilov Bəhram – “Qarabağ-Azərbaycandır!”

Səmədov Samir – “Xəzinə yüklü Qarabağ gözəli”

Yusubova Aybəniz – “Natəvan”

 

Müsabiqə barədə ətraflı məlumat almaq üçün link: https://culture.gov.az/az/elanlar/152