1-3 dekabrda Bakı Dəmiryol Vağzalında “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisi keçirilib. 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunan sərgidə sağlamlıq imkanları məhdud 19 uşaq və gəncin əl işləri nümayiş olunub.

Sərgi "Azərbaycan Dəmir Yolları" QSC-nin təşkilatçılığı, “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA) və “Bacarıqlı Əllər” İctimai Birliyinin birgə dəstəyi ilə gerçəkləşib.

Ölkəmizdə bu qəbildən həssas kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə genişlənir. Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. İnklüziv cəmiyyətin təşviq olunmasında bu cür mədəni layihələr də böyük önəm kəsb edir.