Sumqayıtda I Qarabağ müharibəsi şəhidi Rövşən Həsənovun anım mərasimi keçirilib.

Sumqayıt RMİ-nin tabeliyindəki Şuşa rayon Turşsu kənd Musiqi məktəbinin əməkdaşları və rayon Gənclər və İdman İdarəsinin kollektivi ilə birgə təşkil olunan mərasimdə Rövşən Həsənov haqqında videoçarx nümayiş olunub.

Regional idarənin Şuşa rayonu üzrə nümayəndəsi Bayram Cəfərli şəhidin döyüş yolu barədə məlumat verib.

Çıxış edənlər Rövşən Həsənovla bağlı xatirələrini bölüşüblər. Turşsu kənd Musiqi məktəbinin direktoru, Rövşən Həsənovun qardaşı İlham Həsənov şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb.

Məktəbin müəllim və şagird kollektivinin ifasında musiqi nömrələri səsləndirilib.

Tədbirin sonunda şəhidin anasının hazırladığı əl işlərindən ibarət sərgi nümayiş olunub.

Nurəddin