Sumqayıt RMİ-nin tabe müəssisəsi – Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinin 1984-cü il məzunları olan aktyorlarla musiqili görüş keçirilib.

“Ələ düşməz bir də o günlər” adlı görüşdə Xalq artistləri Vidadi Həsənov, Naibə Allahverdiyeva, Əməkdar artistlər Füzuli Hüseynov, Nahidə Orucova, Fəranə Musayeva, Hacı Hacıyev və digər aktyorlar, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri və “Əqliyar” musiqi qrupu iştirak edib.

Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə keçən görüşdə nəsillərin qarşılıqlı münasibəti ilə bağlı söhbət aparılıb. Aktyorlar şeirlər, monoloqlar söyləyib, səhnəciklər təqdim ediblər.

Qonaqlar sumqayıtlı tamaşaçıların suallarına cavab verib, gələcək yaradıcılıq planları barədə danışıblar.

Nurəddin