Ağdaş RMİ-nin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında “Ruhumun ünvanı Şuşa” adlı tədbir keçirilib.

***

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasında “Şuşa İli”nə həsr olunan “Uğurumuz” adlı sərgi təşkil edilib. Sərgidə “Uğur-ART” rəsm dərnəyi üzvlərinin əsərləri nümayiş olunub. Çıxış edənlər Zəfər salnaməsinin təbliğ olunmasında, gələcək nəsillərə çatdırılmasında incəsənətin rolundan danışıb, vətənpərvərlik mövzusunda keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. “Uğur-ART” rəsm dərnəyinin rəhbəri Günel Qasımova dərnək üzvlərinin ərsəyə gətirdikləri şəhidlərin portretlərini ailə üzvlərinə təqdim edib. Tədbir bədii hissə ilə başa çatıb.

***

Ağstafa RMİ Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları N.Tusi adına liseydə “Şuşa tarixi abidələr məkanıdır” mövzusunda tədbir keçirib. Şagirdlərə Şuşanın tarixi, mədəniyyət abidələri haqqında ətraflı məlumat verilib.

Qazax Rayon Mədəniyyət Mərkəzində filiallarla birgə “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir təşkil edilib. Çıxışlarda Şuşada aparılan abadlıq-quruculuq işlərindən söz açılıb.

N.Məmmədli