Regional mədəniyyət idarələrinin tabe müəssisələrində Ulu öndər Heydər Əliyevin vəfatının (12 dekabr) 19-cu ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib, mədəniyyətimizin böyük himayədarının Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətləri minnətdarlıqla yada salınıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. “Xalqa bağışlanan ömür” adlı videoçarx və “Ümummilli lider Heydər Əliyev” adlı kitab sərgisi nümayiş olunub.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev – əbədiyaşar lider” adlı tədbir keçirilib. Kitabxananın fəal oxucuları Ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər.

***

İsmayıllı RMİ İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə çıxış edənlər Ümummilli liderin İsmayıllı rayonuna səfərlərindən, örnək həyat yolu və dövlətçilik fəaliyyətindən söz açıblar.

***

Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində keçirilən anım tədbirində iştirakçılara dahi öndərin zəngin həyat yolu, vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, Sumqayıt şəhərinə diqqət və qayğısı haqqında məlumat verilib.

***

Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Xilaskar ömrü” adlı tədbir keçirilib. Bildirilib ki, Ümummilli lider Vətənin dar günündə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıda gələrək müstəqilliyimizi qoruyub saxlayıb, davamlı inkişafımızın təməlini qoyub.  

***

Şəmkir RMİ Şəmkir Rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyaları təşkil olunub. Şagirdlərə Ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verilib.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzi və rayon Mərkəzi Kitabxanası “Heydər Əliyevin anım günü” adlı kitab sərgisi təşkil edib.

***

Masallı RMİ, YAP Masallı rayon təşkilatı və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının dəstəyi ilə N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində Ümummilli liderin unudulmaz xatirəsinə həsr edilmiş “Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olunub. RMİ-nin rəisi Bəxtiyar Qılıncovun da izlədiyi tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə məxsusdur.

***

Ağdaş RMİ-nin tabeliyindəki Rəsul Rzanın Ev-Muzeyində “Unudulmaz tarixi şəxsiyyət – Heydər Əliyev” başlıqlı tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və parlaq gələcəyinə həsr edib.

Ucar Rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzi birlikdə “Qəlblərdə yaşayan lider” adlı tədbir keçirib.

***

Sabirabad RMİ Sabirabad Rayon Heydər Əliyev Mərkəzində şəhər 9 saylı tam orta məktəbin müəllim və şagirdləri üçün ekskursiya təşkil edilib.

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “Mənalı ömrün rəngarəng səhifələri” adlı sərgi təşkil olunub.

Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin ideyaları əbədiyaşardır” adlı tədbir keçirilib.

***

Ağstafa RMİ Ağstafa Rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. “Dahi şəxsiyyət – Heydər Əliyev” filmi nümayiş olunub.

Ağstafa Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Müasir və suveren Azərbaycanın memarı” başlıqlı rəsm sərgisi təşkil olunub.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdlərinə “Azərbaycan dövlətinin xilaskarı və qurucusu” mövzusunda mühazirə deyiblər.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Dahilər ölməz, əbədi yaşayar” adlı tədbir keçirilib. Muzeyin direktoru Gülnaz Alişanova qeyd edib ki, Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.

***

Bərdə RMİ Bərdə Rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Heydər Əliyevin həyat və yaradıcılığı barədə çıxışlar edilib, dahi siyasətçinin Azərbaycan xalqı və dövlətçiliyi uğrunda misilsiz xidmətlərindən söz açılıb.

Tərtər Rayon Heydər Əliyev Mərkəzində isə Heydər Əliyevin anım günü ilə əlaqədar açıq qapı təşkil edilib.

***

Kürdəmir RMİ Beyləqan Rayon Heydər Əliyev Mərkəzində keçirilən “Özü qəlblərdə, izi tarixdə yaşayan lider” adlı konfransda Ulu öndərin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilib, dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı yolunda böyük tarixi xidmətlərindən bəhs olunub. Sonda Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

***

Biləsuvar RMİ Salyan Rayon Heydər Əliyev Mərkəzində “Müdrikliyi, zəkası, uzaqgörənliyi ilə qəlblərdə dərin iz qoyan dahi şəxsiyyət” adlı tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb, onun haqqında xatirələri dilə gətiriblər.

Neftçala Rayon Heydər Əliyev Mərkəzi Ümummilli liderin anım günü münasibətilə Neftçala peşə məktəbində açıq dərslər təşkil edib. Layihə çərçivəsində “Ulu öndərin siyasi irsi milli sərvətimizdir” adlı mühazirə söylənilib, “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirilib.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Aşağı Göynük kənd Diyarşünaslıq evində “Tarix yazan sərkərdə” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib. Diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin üzvləri Ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər.

Zaqatala Rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

M.F.Axundzadə adına Oğuz Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Xalqa bağışlanan ömür” adlı mahnı və bədii qiraət müsabiqəsi keçirilib. Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssislərinin dərnək üzvləri Heydər Əliyevə həsr olunmuş mahnı və şeirlər səsləndiriblər. Müsabiqədə uğur qazanmış dərnək üzvləri fəxri fərmanla mükafatlandırılıb.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialında “Sən elə bir zirvəsən!” başlığı altında kitab sərgisi təşkil edilib.

Naftalan Şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Naftalan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

Samux Rayon Heydər Əliyev Mərkəzində rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin şagirdləri üçün ekskursiya təşkil edilib.

Nurəddin Məmmədli