Sumqayıt RMİ Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib.

Poeziya evinin rəhbəri şair İbrahim İlyaslı B.Vəziroğlunun yaradıcılığının məziyyətləri haqqında məlumat verib, yeni kitab münasibətilə müəllifə təbriklərini çatdırıb.

Tədbir Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin çıxışı, şairin şeirlərindən ibarət musiqi nömrələri ilə davam edib.

Sonda B.Vəziroğlu çıxış edərək yaradıcılığına verilən dəyərə görə təşkilatçılara təşəkkürünü bildirib, oxucuların aldıqları “Qalanı xatirədir” kitablarını imzalayıb.

Nurəddin