Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) 65 illik yubileyi çərçivəsində regional sərgi-seminarlar davam edir. Dekabrın 8-də Sabirabad RMİ-nin tabeliyindəki Saatlı Tarix-Diyarşünaslıq Muzeyində “Muzey dəfinələri” adlı regional sərgi-seminar keçirilib.

Sərgi-seminarda Elmi Bərpa Mərkəzi, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri və Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

Sabirabad RMİ-nin Saatlı rayonu üzrə baş məsləhətçisi İlkin Zeynalov və muzeyin direktoru Sürəyya Zeynalova tədbirin əhəmiyyətini qeyd ediblər.

Həmçinin numizmatika nümunələrinin mühafizə problemləri barədə müzakirələr aparılıb, tövsiyələr verilib. Mərkəz tərəfindən aparılan “Bir rublun tarixçəsi” adlı elmi araşdırma təqdim edilib.

Sonra bərpaçı-rəssamlar Gündüz Məmmədov və Rasim Cəfərov tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda qonaqlar sərgiyə baxıblar.

Nurəddin