Dövlət Arxivinin Lənkəran filialı tərəfindən şəhərdəki Rasim Məmmədov adına 5 nömrəli orta məktəbin və Teymurbəy Bayraməliyev adına 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün ekskursiya təşkil olunub.

Milli Arxiv İdarəsindən bildirilib ki, məktəblərin direktorları Bəsirə Əzimova və Gülnarə Seyfullayevanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyalarda Dövlət Arxivinin Lənkəran filialının direktoru Rəfail Rzayev arxivin fəaliyyət istiqamətləri o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında məlumat verib.

Filialın arxivçisi Afaq Hüseynova şagirdləri arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edib, onları maraqlandıran sualları cavablandırıb.