Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında “Qış sovqatı” adlı əyləncəli proqramlara başlanılıb.

Layihənin məqsədi yerlərdə əhalinin, xüsusilə gənclərin, yeniyetmə və uşaqların asudə vaxtının səmərəli təşkilidir.

İlk şou-proqram rayonun Qarağan Şıxlar kəndində təqdim olunub. Nağıl qəhrəmanlarından ibarət tamaşa nümayiş etdirilib, intellektual oyunlar keçirilib və qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.

Layihə gələn ilin mart ayına qədər davam etdiriləcək. Növbəti şou-proqramın Ağdaşın Orta Ləki kəndində təqdim edilməsi nəzərdə tutulub.

Nurəddin