Sabirabad RMİ Sabirabad Rayon Mədəniyyət Mərkəzində “İstiqlal nəğməkarı Əhməd Cavad” adlı tədbir keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) 130 illik yubileyinə həsr olunub.

Sabirabad RMİ-nin rəis müavini Telman Əzimov çıxış edərək Əhməd Cavadın Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçildiyini bildirib.

Sabirabad rayon MKS-nin Xidmət şöbəsinin müdiri Zərifə Kərimova şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Tədbirin bədii hissəsində Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbi müəllim və şagirdlərinin ifasında musiqilər səsləndirilib, kompozisiyalar nümayiş olunub. Məktəblilər şairin müxtəlif şeirlərini qiraət ediblər.