Kürdəmir RMİ Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Cırtdanın nağılı” kukla tamaşası rayonun Atakişili kənd tam orta məktəbində səhnəyə qoyulub.

Tamaşanı rayonun şəhid, qazi, müharibə iştirakçıları və aztəminatlı ailələrinin uşaqları izləyiblər. Nümayişin məqsədi həssas qruplara daxil olan ailələrdə uşaqların asudə vaxtının səmərəli təşkili və şifahi xalq ədəbiyyatı nümunələrinə maraq formalaşdırmaqdır.

Kukla tamaşası uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Nurəddin