Sumqayıt RMİ-nin dəstəyi ilə Sumqayıt şəhər Poeziya evində “Dostluq” Mədəniyyət evinin layihəsi üzrə tanınmış yazıçı-dramaturq, şair, tərcüməçi Seyran Səxavətlə görüş keçirilib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, Əməkdar müəllim, şair Ofelya Babayeva, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev və başqaları Seyran Səxavətin əsərlərinin oxucusuna aşıladığı mənəvi keyfiyyətlər barədə söz açıblar.

Seyran Səxavət ədəbiyyatın başlıca vəzifəsinin insan dəyərlərinin yaşamasına xidmətdən ibarət olduğunu xatırladıb, yeni şeirlərini səsləndirib. Tədbir musiqi nömrələri ilə davam etdirilib.

Nurəddin