Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyevin (1957-1992) 65 illiyi ilə əlaqədar “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Çıxış edənlər Milli Qəhrəmanın həyat və şanlı döyüş yolu haqqında məlumat veriblər. Daha sonra kitabxananın fəal oxucuları Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı 6 saylı məktəbin 9-cu sinif şagirdləri ilə birlikdə Milli Qəhrəman Salatın Əsgərovanın (1961-1991) xatirəsinə həsr olunmuş “Mən şəhid oldum ki, Vətən yaşasın!” başlığı altında tədbir keçirib.

***

Ağstafa RMİ Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi və rayon Hüseyn Arifin Ev-Muzeyinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Zöhrab Abbasovun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb. Mədəniyyət işçiləri şəhidin ailəsini ziyarət ediblər.

E.Hüseynov adına Qazax Rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qazax elinin şəhidləri: unutmadıq, unutmarıq!” adlı videoçarx nümayiş etdirilib.

Tovuz rayonundakı Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları şəhid Rahib Quliyevin ailəsinə baş çəkiblər.

Nurəddin