Bölgələrdəki mədəniyyət müəssisələrində ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilib.

Şəki RMİ Oğuz Rayon Mərkəzi Kitabxanasında təşkil olunan tədbirdə Ə.Bakıxanovun sənət yolundan bəhs edilib.

Şəmkir RMİ Daşkəsən Rayon Mədəniyyət Mərkəzi və rayon Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ə.Bakıxanovun 130 illik yubileyi ilə bağlı konsert proqramı təqdim edilib.

Gəncə RMİ Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbində ustad tarzənin yubileyinə həsr edilmiş tədbirdə müəllim və şagirdlər musiqi nömrələri ilə çıxış ediblər.

Goranboy rayon Düzqışlaq kənd Uşaq musiqi məktəbində şagirdlərin və müəllimlərin ifasında Ə.Bakıxanovun tar üçün işləmələri və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Muğamlarımızın mahir ifaçısı” adlı tədbir keçirilib.

Ağcabədi RMİ Əli Quliyev adına Laçın şəhər 1 nömrəli Uşaq musiqi məktəbində Əhməd Bakıxanovun yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil edilib.

Biləsuvar RMİ Biləsuvar rayon Orxan Əkbərov adına Uşaq incəsənət məktəbindəki tədbirdə Ə.Bakıxanovun musiqi mədəniyyətimizin inkişafına töhfələrindən danışılıb.

Masallı RMİ Yardımlı Rayon Heydər Əliyev Mərkəzində keçirilən “Yaddaşlardan silinməyən sənət fədaisi” adlı tədbir də Ə.Bakıxanova həsr olunub.

Sabirabad RMİ Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində “Muğamları yaşadan sənətkar” adlı tədbir keçirilib.

Şirvan şəhər Uşaq musiqi məktəbinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi tədbirdə  müəllim və şagirdlər tərəfindən ustad tarzənin repertuarından muğam və musiqi nömrələri ifa olunub.

Siyəzən Rayon Mərkəzi Kitabxanası, rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əhməd Bakıxanov – 130” adlı tədbir təşkil edilib.

Nurəddin Məmmədli