Bərdə RMİ Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Tək inci Xan qızı” adlı tədbir keçirilib.

Tədbirdə Xan qızının həyat və yaradıcılığından, ədəbiyyat və mədəniyyətimizin inkişafında verdiyi töhfələrdən, parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmasından bəhs edilib.

Bədii hissədə Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Tək inci Xan qızı” adlı musiqili tamaşa təqdim olunub. Səhnə işi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Nurəddin