Fevralın 12-də Bakı Konqres Mərkəzində türkiyəli müğənni, bəstəkar Mahsun Kırmızıgülün konserti keçiriləcək.

Məşhur sənətçi 17 illik fasilədən sonra yenidən Azərbaycan paytaxtında sevilən ifaları ilə pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, son illər musiqidən daha çox kino sahəsində fəaliyyəti və uğurları ilə ad çıxaran Mahsun Kırmızıgül axırıncı dəfə Bakıda 2017-ci ilin fevralında olub. O, rejissoru olduğu və əsas rollardan birini oynadığı “Möcüzə” filminin qala-gecəsində iştirak etmişdi.

O vaxt jurnalistlərin Azərbaycanda film çəkmək barədə sualına cavabında sənətçi bildirmişdi ki, əgər belə bir niyyəti olsa, bu, milyonçu Hacı Zeynalabdin Tağıyevin həyatı haqqında ekran əsəri ola bilər. Çünki onun həyatı dünya kino klassikası arasında yer ala biləcək bir həyat hekayəsidir.