Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər bu il də davam edəcək.

Konsertlər hər həftənin şənbə günləri Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Yanvar ayında üç konsert nəzərdə tutulub.

Yanvarın 14-də F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı proqramla dinləyicilərin qarşısına çıxacaq. Ayın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin konserti keçiriləcək. Yanvarın 28-də isə “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək.

Abonement konsertində iştirak etmək istəyənlər biletləri kassalardan və iticket.az saytından əldə edə bilərlər. Bir abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.