Sumqayıt RMİ Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Hüseyn Yusifovun ailəsini ziyarət edib.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Mübariz Əhmədovun (1963-1992) anadan olmasının 60 illiyi ilə əlaqədar “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Kitabxananın oxucuları şəhidlərə, qəhrəmanlara həsr olunmuş şeirlər söyləyiblər.

***

Ağstafa RMİ Qazax Rayon Mərkəzi Kitabxanasının əməkdaşları Birinci Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun ailəsi ilə görüşüblər. Görüş zamanı şəhidin qısa və şərəfli ömür yoluna nəzər salınıb.

Nurəddin