Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə “Heydər Əliyev İli” münasibətilə müxtəlif səpkili tədbirlər keçirilir.

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Zaqatala Rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin təşkilatçılığı ilə “Azərbaycan dövlətçilik tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyət” adlı tədbir keçirilib. Mərkəzin və MKS-nin əməkdaşlarının Ulu öndərin həyat və fəaliyyəti haqqında məruzələri dinlənilib. Sonda Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

S.Vurğun adına Qax Rayon Mədəniyyət Mərkəzi “Heydər möcüzəsi, Heydər qüdrəti, Qaldırdı taqətsiz bir məmləkəti” adlı tədbir təşkil edib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dahi liderin həyat yolundan, siyasi fəaliyyətindən söz açılıb. Mədəniyyət Mərkəzinin hazırladığı kompozisiya təqdim edilib.

***

Kürdəmir RMİ Beyləqan rayon MKS və rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Azərbaycanı dünyaya tanıdan böyük insan” adlı kitab sərgisi və Heydər Əliyevin Beyləqana səfərlərinə həsr olunmuş fotosərgi təşkil olunub. Ümummilli liderin həyatından, elmə, mədəniyyətə, həmçinin kitabxana sahəsinə xüsusi qayğısından söhbət açılıb. Məktəblilər və rayon Mədəniyyət Mərkəzinin əməkdaşları şeirlər söyləyib, mahnılar ifa ediblər. Sonda sərgiyə baxış olub.

İmişli Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə müstəqil Azərbaycanın quruculuğunda Ulu öndərin misilsiz xidmətlərindən danışılıb. Tədbir iştirakçıları “Dahi şəxsiyyət” sənədli filmini izləyiblər.

***

Sabirabad RMİ Sabirabad Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının Sabirabad Peşə liseyində müəllim və şagirdlərlə görüşündə “Azərbaycan tarixinin ən parlaq siması” adlı məruzə dinlənilib.

Şirvan şəhər MKS-nin 1 və 4 saylı kitabxana filialının əməkdaşları tərəfindən şəhər 1 və 11 nömrəli tam orta məktəblərdə “Yolumuza işıq saçan lider” və “Heydər Əliyev İli” Azərbaycanın müstəqil ideyalarının təntənəsi ilidir” adlı kitab sərgiləri təşkil edilib.

Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 21 saylı tam orta məktəbdə “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” başlığı altında tarix dərsi keçirilib. Ulu öndərin zəngin siyasi irsi haqqında söz açılıb. Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Saatlıdakı Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik mahiyyət daşıyan əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialında şəhər 6 saylı məktəbin 7-ci sinif şagirdləri ilə birlikdə “Heydər Əliyev və Azərbaycan Ordusu” başlığı altında tədbir keçirilib. Qeyd edilib ki, ölkəmizdə nizami ordu quruculuğunda Heydər Əliyevin müstəsna rolu olub. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Goranboy Rayon Mərkəzi Kitabxanası “Dahi insan, böyük şəxsiyyət” başlıqlı kitab sərgisi təşkil edib. Ümummilli liderin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, onun rəhbərlıyi dövründə respublikamızın həyatındakı yenilikləri əks etdirən kitablar və digər nəşrlər nümayiş olunub.

***

Biləsuvar RMİ Neftçala Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 1 saylı tam orta məktəbdə müəllim və şagirdlərlə görüş keçiriblər. “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda söhbət açılıb. Sonra “Azərbaycan xalqının xilaskar oğlu” adlı sənədli film nümayiş etdirilib.

Hazırladı: N.Məmmədli