Otuz il Berlin Dövlət Operasına rəhbərlik etmiş israilli dirijor və pianoçu Daniel Barenboim yanvarın 31-də vəzifəsini tərk edəcək. Barenboim istefası barədə açıqlamasında belə deyib: “Təəssüf ki, son bir ildə səhhətim xeyli pisləşib. Baş musiqi direktorundan tələb olunan səmərəliliyi artıq təmin edə bilmirəm”.

2022-ci ilin noyabrında o, səhhətindəki problemlər səbəbindən 80 illik yubiley konsertini ləğv etməli olmuşdu.

Daniel Barenboim 1992-ci ildən Berlin Dövlət Operasının baş musiqi direktorudur. 2011-ci ildən isə həm də Milan La Skala Teatrının baş dirijoru və musiqi direktoru təyin edilib. Bundan əlavə, Barenboim amerikalı ədəbiyyatşünas Edvard Səidlə birlikdə Yaxın Şərq  münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək məqsədilə gənc ərəb və yəhudi musiqiçilərdən ibarət “Qərb-Şərq divanı” orkestrini yaradıb.

Lalə