Sumqayıt RMİ Qubadlı rayon nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidi Hikmət Zamanovun (1973-1994) xatirəsi yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. H.Zamanovun həyat və döyüş yolu haqqında məlumat verilib.

***

Şəmkir RMİ Şəmkir rayon MKS-nin Qaralar və Qılıncbəyli kənd kitabxana filialları Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyevə (1957-1992) həsr olunmuş “Vətən sizi unutmaz” başlığı altında tədbir keçirib. Çıxış edənlər Əliyar Əliyevin həyatı və qəhrəmanlıqları haqqında danışıblar.

***

Ağstafa RMİ Ağstafa Rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi İbrahim Cəfərovun doğum günü münasibətilə xatirəsinə hazırlanan bulaq-abidə kompleksini, məzarını və ailəsini ziyarət ediblər.

N.Məmmədli