Respublikamızın dilbər guşələrindən olan Kəlbəcər rayonu əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə malikdir. Kəlbəcər sanki bir təbiət möcüzəsidir. Bu möcüzəni, təbiət gözəlliklərini nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər.

Kəlbəcərin qışının təbiətin özü tərəfindən rəsm edilən mənzərələri (fotoqraf Hikmət Əsgərov, AZƏRTAC) bunu bir daha təsdiq edir. Dağları, qayaları, ağacları naxışlarla bəzəyən ağ libas, qarın və şaxtanın yaratdığı tablolar insanı valeh edir.