Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidentin xüsusi nümayəndəsi hazırda Cəbrayılda aparılan tikinti-quruculuq işlərindən, planlaşdırılan layihələr, tikiləcək kəndlər, infrastruktur layihələri haqqında rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı danışıb.

Cəbrayıl ziyalıları rayonun gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Vahid Hacıyev rayonun yenidən qurulmasında ictimaiyyət nümayəndələrinin fikirlərinin nəzərə alınacağını vurğulayıb.