Azərbaycan

 

21 yanvar 1907 – Tanınmış tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 – 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.

21 yanvar 1924 – Məşhur bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera (“Gəlin qayası”) yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim” operettasının, populyar mahnıların (“Mehriban olaq”, “Nədən oldu” və s.), romansların müəllifidir.

21 yanvar 1950 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 – 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

21 yanvar 2000 – Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (22.2.1924 – 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.

21 yanvar 2008 – Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (17.4.1929 – 2008) vəfat edib. Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.

21 yanvar 2014 – Prezident İlham Əliyev Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi ilə bağlı sərəncam imzalayıb.

21 yanvar 2021 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1.6.1943 – 2021) vəfat edib. “Azərbaycanfilm”də rejissor assistenti, dublyaj rejissoru işləyib.

 

22 yanvar 1892 – Görkəmli boyakar və qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892 – 7.2.1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.

22 yanvar 1926 – Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.

22 yanvar 2008 – Prezident İlham Əliyev “Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında” sərəncam imzalayıb.

22 yanvar 2018 – Əməkdar mədəniyyət işçisi, aşıq Xanmusa Musaxan oğlu Musayev (1922-2018) vəfat edib. Şamaxının Şamlı kəndində anadan olub.

 

23 yanvar 1878 – Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 – 5.1.1950) İrəvanda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılarından biri olub.

23 yanvar 1927 – Xalq artisti, tanınmış rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 – 17.1.2017) anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

23 yanvar 1935 – Dramaturq, şair Cahangir Atakişi oğlu Məmmədov (1935-2008) anadan olub. “Həyətim mənim, həyatım mənim”, “Məsmə xala dayımdır” və s. pyeslərin müəllifdir.

23 yanvar 1941 – Əməkdar incəsənət xadim Elşad Heybət oğlu Quliyev (1941 – 27.5.2008) Cəlilabad şəhərində anadan olub. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Sənədli filmlərin ssenari müəllifidir.

23 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə (1946 – 29.4.2018) anadan olub.

23 yanvar 1949 – Əməkdar artist, tarzən Həmid Şamil oğlu Vəkilov (1949-2020) Bakıda doğulub. Azərbaycan Milli Konservatoriyasının professoru olub.

 

24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. Repressiya qurbanıdır.

24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 – 9.8.1983) Şəkidə anadan olub.

24 yanvar 1921 – Əməkdar incəsənət xadimi, rəssam Eyyub Əliağa oğlu Məmmədov (1921 – 27.8.1994) Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində müəllim, direktor (1965-1975) işləyib.

24 yanvar 1922 – Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 – 10.4.1979) anadan olub.

24 yanvar 2019 – Prezident İlham Əliyev görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

21 yanvar 1861 – Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies; 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.

21 yanvar 1906 – SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906 – 2.11.2007) anadan olub.

 

22 yanvar 1729 – Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.

22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 – 19.4.1824) anadan olub.

22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub.

 

23 yanvar 1783 – Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle – Stendhal; 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.

23 yanvar 1930 – Sent-Lusiya (Karib dənizində ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Volkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb.

23 yanvar 1989 – İspan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 – 1989) vəfat edib. Sürrealizimin banilərindən biridir.

 

24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.

24 yanvar 1776 – Alman yazıçısı Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. “Birələr hökmdarı” romanı, “Şelkunçik və siçanlar kralı” nağılı (P.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb) və s. əsərlərin müəllifidir.

24 yanvar 1901 – SSRİ Xalq artisti, kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Adi faşizm” sənədli filmi ilə xüsusilə tanınıb.

Hazırladı: V.Orxan