Caz-pianoçu Etibar Əsədli Fransada festivala qatılacaq

 

Yanvarın 24-dən 27-dək Fransanın Lil şəhərində “Dünya ətrafında” adlı beynəlxalq festival keçiriləcək.

Festivalda Azərbaycandan tanınmış cazmen, bəstəkar və pianoçu Etibar Əsədli iştirak edəcək.

Qeyd edək ki, festival çərçivəsində filmlərin nümayişi, həmçinin görüş və debatların təşkili nəzərdə tutulur.