Hindistanın xəbər portallarından olan www.abplive.com-da “Atəşgah” məbədi haqqında geniş məqalə dərc olunub

Məqalədə Hindistandan minlərlə kilometr aralıda yerləşən Azərbaycanda əsrlərdir yanan atəşin olduğu məbəddən söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin qərb tərəfində müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda hindu ziyarətçilərin maraq göstərdiyi məbədin olması təəccüblüdür. Məbəd o qədər unikaldır ki, ona “Atəşgah” adı verilib.

Yazıda məbədin tarixi və memarlıq xüsusiyyətləri haqqında məlumat verilir. Qeyd edilir ki, Hindistanın keçmiş xarici işlər naziri Suşma Svarac da 2018-ci ildə Azərbaycanda səfərdə olarkən “Atəşgah” məbədini ziyarət edib.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə memarlıq qoruğu elan edilən “Atəşgah”ı hər il minlərlə əcnəbi turist və zəvvar, o cümlədən hindistanlılar ziyarət edir.