Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə də səfər edib.

Yanvarın 18-də qonaq Şuşada “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün Ev-Muzeyi və Cıdır düzü ilə tanış olub. Ona Qarabağ mətbəxinə aid boyanalı aş və milli mətbəximizin ləziz nümunəsi olan “şah plov”un hazırlanması nümayiş etdirilib.

Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə, balıq, toyuq əti, meyvə və tərəvəzdən istifadə etməklə, “Şuşalı” adını verdiyi yemək də hazırlayıb.