Bir qrup ukraynalı jurnalist Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.

Qonaqlar Cəbrayıl rayonu ərazisində, İranla sərhəddəki Xudafərin körpüsündə də çəkiliş ediblər. Onlara otuz ilə yaxın Ermənistanın işğalı dövründə burada həyata keçirilən qeyri-qanuni fəaliyyət haqqında məlumat verilib.

Jurnalistlər “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndinə də gedərək, yaradılan şəraitlə tanış olublar.