Yanvarın 19-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru akademik Teymur Kərimli 20 Yanvarın Azərbaycan tarixindəki yerindən söz açıb. Bildirib ki, 33 il öncə Bakıda törədilən bu qırğın sovet imperiyasının Azərbaycan xalqına qarşı məqsədli siyasətinin tərkib hissəsi idi. Vurğulanıb ki, 20 Yanvar nəticə etibarilə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin zirvəsi oldu.

Anım tədbirində daha sonra institutun icraçı direktoru Paşa Kərimov, əməkdaşlardan elmi katib Əzizağa Nəcəfov, baş elmi işçi Tahirə Həsənzadə, şöbə müdiri Əkrəm Bağırov, böyük elmi işçi Novruz Bəkirov çıxış ediblər. “20 Yanvar tariximizin qürur səhifəsidir” mövzusunda kitab sərgisinə baxış keçirilib.