Yanvarın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Yaşayan sevgi” adlı tədbir keçirilib.

Azərbaycan tarixinə hüzn və qürur səhifəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarına həsr olunan tədbirdə bu günün xalqımızın müstəqillik mücadiləsində müstəsna yeri olduğu vurğulanıb.

33 il öncə Bakıda dinc, əliyalın insanların üzərinə yeridilən sovet ordu birləşmələrinin, zirehli texnikaların qarşısından çəkilməyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının dastana çevrilən qəhrəmanlığından bəhs edilib.