Bülbülün Memorial Muzeyində "Milli qürur günümüz" adlı anım tədbiri təşkil olunub.

Yanvarın 19-da gerçəkləşən tədbirdə muzeyin əməkdaşları və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.

Bildirilib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordu birləşmələri tərəfindən Bakıda dinc, silahsız əhaliyə qarşı qırğın həyata keçirib. Əliqanlı rejimin öz təbəəsinə qarşı törətdiyi hərbi cinayət xalqımızın azadlıq və suverenlik ideallarının qarşısını ala bilməyib. Bir il sonra Azərbaycan öz müstəqilliyini bərpa edib.