“Heydər Əliyev İli” çərçivəsində müsabiqə

 

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsi elan olunub.

“Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir.

Bu barədə məlumat verən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirib ki, mərkəzin sosial şəbəkə qrupuna əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsi yerləşdirilərək müsabiqəyə qoşulmaq mümkündür.

Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnika sərbəstdir. İştirakçı maksimum iki əsər təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir. Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə təqdim ediləcək.