Kürdəmir RMİ-nin əhatə etdiyi Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbində görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimovanın (1938-2012) 85 illik yubileyinə həsr olunmuş “Mahnıları ilə sevilən bəstəkar” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə çıxış edənlər görkəmli bəstəkarın həyat və fəaliyyətindən, onun Azərbaycan musiqisinə bəxş etdiyi unudulmaz musiqi əsərlərindən söz açıblar.

Sonda müəllimlərin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Nurəddin