P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası Nəfəs və zərb alətləri kafedrasının müdiri, Rusiyanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı İrina Bısova yanvarın 23-də Bakıda, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində faqot ixtisası üzrə ustad dərsləri keçib.

Ustad dərslərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri ilə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi və uşaq incəsənət məktəblərinin şagirdləri də iştirak ediblər.

İ.Bısova ustad dərsi çərçivəsində faqotda ifa etməyin sirlərini bölüşərək, iştirakçıların suallarını cavablandırıb.

Yanvarın 26-da İ.Bısova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fleyta ixtisası üzrə ustad dərsləri keçəcək.

Y.A.Başmetin rəhbərlik etdiyi Ümumrusiya Gənclər Simfonik Orkestrinin solisti olan məşhur ifaçı hazırda fəaliyyətini Tbilisi şəhərində davam etdirir.