Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin (1863-1920) 160 illiyinə həsr olunan tədbir keçirilib.

“Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi” tərəfindən təşkil olunan tədbirdə kitabxana əməkdaşları görkəmli maarifçi, ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi F.Köçərlinin həyat və yaradıcılığı haqqında söz açıblar.

Tədbirdə F.Köçərlinin ədəbiyyatşünas alim kimi fəaliyyəti, eləcə də dərslik və tərcümələri haqqında, müxtəlif aktual mövzularda məqalələri ilə bağlı məlumatlar da diqqətə çatdırılıb. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olub, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərib.

Tədbirdə F.Köçərlinin irsi ilə bağlı kitab sərgisi və sənədli film nümayiş olunub.