Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirki ilin bütün fəsillərində fəaliyyət göstərməkdə davam edir.

Martın 1-dən sirkdə “Dziva” adlı beynəlxalq sirk proqramının nümayişi başlanacaq. Proqramda şir və pələnglərin şousu əsas yer tutacaq. Dünyanın tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək. Bundan başqa, musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, balet şousu, transformasiya illüziyası kimi nömrələr də göstəriləcək. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

“Dziva” sirk proqramı aprelin 30-dək davam edəcək.